Azərbaycan.media xəbər verir ki, bu gün Misli Premyer Liqasında 22-ci turun oyunlarına start veriləcək.
İlk oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə Kəpəz Sumqayıt FKnı qəbul edəcək. Görüş saat 14:30-da start götürəcək. Komandaların ilk dövrədəki qarşılaşması “Sumqayıt”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ikinci matçında isə Araz-Naxçıvan öz meydanında Zirə FK ilə üz-üzə gələcək. Saat 18:00-da başlayacaq görüş turun mərkəzi oyunlarından hesab olunur. Hazırda “Zirə” 35 xalla 4-cü, “Araz-Naxçıvan” isə 33 xalla 5-ci pillədə qərarlaşıb. Tərəflərin ilk dövrədəki matçı 1:1 hesabı ilə başa çatıb.
Turun digər oyunları da maraq doğurur. 28 fevralda Şamaxı FK – Neftçi PFK və Qəbələ FK – Karvan-Yevlax qarşılaşmaları keçiriləcək.
Martın 1-də isə Turan Tovuz – İmişli FK və Qarabağ FK – Sabah FK oyunları baş tutacaq.
