Azərbaycan.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının ildönümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Dövlət başçısı paylaşımında Xocalı qətliamının 34-cü ildönümündə həyatını itirən azərbaycanlıların xatirəsini dərin hüznlə yad etdiyini bildirib.
“Xocalı qətliamının 34-cü ilində öldürülən azərbaycanlı qardaşlarımızı rəhmətlə, kədərlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Həmişə ürəyimizdə hiss edəcəyimiz bu qeyri-insani qırğını heç vaxt unutmayacağıq”, – deyə Türkiyə Prezidenti qeyd edib.
