🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

AYPARA XAL (Xocalı faciəsi anısına)

Azərbaycan.media xəbər verir ki, yazıçı-publisist Südabə Sərvinin “Aypara Xal” hekayəsi Xocalı faciəsinin ağrısını, qəhrəmanlıq və itkiləri əks etdirərək, faciənin qurbanlarına həsr olunub.

XX əsrin dəhşətli tablosu: Xocalı faciəsi

Fevral ayının sonları idi. Kiçik cillə çıxsa da, hava sazaqlı idi. Dünəndən yagan qar hər
tərəfi agappaq örtüyə bürümüşdü. Qarın aglığı gecənin qaranlığına qarışaraq qəribə
mənzərə yaratmışdı. Qəsəbədə sakitçilikdi. Yalnız ara-sıra agız-agıza verib hürüşən kənd
itləri bu sakitliyi pozurdu.
Sədəfin yuxusu ərşə çəkilmişdi. İşığı söndürüb üç oğluna-üç ciyərparasına “yatın,
balalarım,”-desə də, özü yatmadı. Bu səssizlik onu qorxudurdu. Düşmənin pusquda
oldugu ürəyinə dammışdı. Dünənə qədər partapart atırdılar. İndi xeyir ola? Nə planları
var görəsən? Ermənilərlə neçə il qonşu olmuşdu, onların məkrli siyasətlərini bilirdi.
Bəlkə “Gecə qara, cücə qara” deyib kəndə girməyə fürsət axtarırlar?”
Sədəf diksindi. Allah qorusun.
Nə biləydi, o vaxta cəmi iki gün var. İki gün sonra erməni silahlıları havadarlarının
dəstəyiylə Xocalı adını yer üzündən silməyə çalışacaq, körpə uşaqları, qocaları öldürüb
qətliam törədəcəklər. Bilsəydi və ondan asılı olsaydı, zamanın o anını bütün varlığıyla
tutub saxlayardı.
Pəncərənin müharibə qoxuyan qara rəhgli pərdəsini aralayıb çölə baxdı. Hər yan
qaranlıqdı. Azacıq uzaqda görünən təpəciklər yerdə bardaş qurub oturmuş adamlara
bənzəyirdilər.
Sədəf ərini xatırladı. Keçən il düşmənlə döyüşdə mərdliklə vuruşmuş, düşmənin
basdırdıgı minaya düşərək şəhid olmuşdu. Yadındadır, öz doğma anası oğlunun cəsədini
tanımamışdı. Sonra da qaynı şəhid olmuşdu. Ananın aglamaqdan gözləri tutulmuşdu.
Sədəfin ürəyi sıxıldı. Pərdəni çəkib yerinə uzandı. Azca da olsa yatmaq, gözlərinin
dincini almaq istədi. Çöldən hənirti eşitdi. Cəld yerindən qalxıb bayıra çıxdı. Sakitlik idi.
Qayıtmaq istəyirdi ki, evlərinin qabagındakı balaca təpənin arxasından kiminsə başının
görünüb yox olduğunu hiss etdi. Çəld evə girib ərinin divardan asılmış beşatılanını
götürdü.
-Hey… kimsən orda?
-…
-Alçaq dığa, çıx. Tülkü kimi gizdənmə.
Tüfəngi əlində hərləyib göyə atəş açdı. Bu vaxt iki nəfərin əyilərək qaçdıqlarını gördü.
-Qaçın, qaçın. Tülkü kimi çıxın aradan. Ərimin, qaynımın qisasını alacam sizdən.
İndən sonra yatmaq aglına belə gəlmədi. Qalın yun şalına bürünüb eyvanda üstünün
naxışı getmiş köhnə divanda oturdu. Bu, onun cehizliyi idi. Sədəf on üç il qabaqkı xoş
günlərə qayıtdı. Əri Zabitlə ilk tanışlığı, gizli görüşlər, sevgi dolu pıçıltılar… Zabit onun
uzun xna rəngli ipək saçlarına vurulmuşdu. Oxşadıqca oxşayar, öpdükcə öpərdi saçlarını.
Ah! Nə gözəl günlərdi!.. Heyif! Hər şey arxada qaldı. Ərini alçaq düşmən öldürdü.
Açılmaqda olan səhərin xoş mehi üzünü, saçlarını döyəcləyirdı. Yox, külək deyil, əridir,
onun uzun, topuga dəyən saçlarını öpür, oxşayır…
-Sədəfcan…
-Haycan!
-Səni çox sevirəm.
-Mən də.
-Yatma. Dur, canım. Uşaqlar səni çagırır.
-Ana, ana, acmışam e… Duy mənə sıyıq bişir. Süddü sıyıq.
Tüfəng qucağında oturdugu yerdəcə yuxuya gedən Sədəf kiçik oğlu iki yaşlı Vaqifin nə
vaxt gəlib qucağına sığındığını hiss etməmişdi. Uşaq anasını silkələyirdi.

-Duy,duy, anacan, eşitmiysən?
Sədəfgil yamyaşıl dagın ətəyində əri, qaynansı və uşaqlarıyla birlikdə gözəl süfrə
açmışdılar. Mehribancasına deyib-gülürdülər. Bu vaxt göydən enən qara qartal şığıyıb
körpə oğlu Vaqifi caynagına aldı. Göylərə qaldırıb lap uzaqlara apardı. “Qoymayın,
balam getdi!” Ana qışqırdı. Ətrafında heç kim yoxuydu. Bəs o biri uşaqları? Onlar
hardadır?
-Ana, niyə duymuysan? Duy dedim də. Acmışam, eşitmiysən? Nənənin gözləyi görmüy
axı.. duy mənə sıyıq bişiy. Süddü sıyıq.
Sədəf gözlərini açdı.
-Ah, oğlum, Vakkılım, sənsən? Canım-ciyərim. –Sədəf ciyərparasına sarılıb onu dəli
kimi öpməyə başladı. Sən sagsan, gözümün işığı?
Uşaq gözlərini döyüb ona baxırdı.
Fevralın 26-sı gecə saat on iki radələrində güclü texnika ilə, tanklarla silahlanmış
düşmən 366-cı moto-atıcı alayının köməyi ilə qəsəbəyə hücum etdi. Erməni quldurları
dinc əhalini, qocaları, uşaqları vəhsicəsinə öldürdülər, gözlərini çıxartdılar, başlarını
kəsdilər. Bununla da ürəkləri soyumayıb körpə uşaqları diri-diri süngüyə keçirtdilər. Qız-
gəlinləri isə əsir götürdülər. Hamı kimi evdən atəş səsinə çıxan Sədəf cəld qaynanasının
və uşaqlarının əlindən tutub körpə oglunu bagrına basaraq meşəyə tərəf qaçmaga başladı.
Səksən yaşlı gözü kor qoca qaynanası bərkiyib daşa dönmüş qarın üzəri ilə qaça bilmir,
nəfəsi təntiyirdi. Sədəf bir əliylə onu da dartaraq:
-Tez gəl, ana, qurban olum, -dedi. Tez gəl, bu faşistlərin əlinə düşməyək.
-Faşis nədi, ana?
-Gəl-gəl, oglum, sonra deyərəm.
Lap az qalmışdı. Bir az da getsələr, irəlidə meşəydi, daglıqdı. Sədəf buralarda
böyümüşdü, bu yerləri ovcunun içi kimi tanıyırdı. Buralar ona çox əzizdi. İndi gecənin bu
vaxtı evindən-eşiyindən, dogma ocagından qaçırdılar. Qaynanası müvazinətini saxlaya
bilməyib qarın üzərinə yıxıldı. Sədəf məcbur olub dayandı. Qaynanasını qaldırmaq üçün
əyildi.
-Təslim olun!
Sədəfin damarında qanı dondu. Qalxmaga macal tapmamış erməni quldurları arxadan
onları haqılayıb iki oglunu, qucagından körpə Vaqifi zorla dartıb aldılar. Sədəfin naləsi
ətrafı bürüdü. “Alçaqlar! Uşaqlarıma dəyməyin! Sizin balalarınız yoxdurmu?”
Uşaqları maşına basdılar. Böyük oğlu 12 yaşlı Asif qışqırırdı:
–Ana, nənəni də götür qaç. Tez ol. Təki sən əsir düşməyəsən. Gördün, Nadir dayının
qızının başına nə oyun açdılar?
“Təki sən əsir düşməyəsən..”
"Dədə Qorqud” əsərində Burla Xatuna oglunun dediklərini xatırladı: “Düşmən səni
tanımaq üçün mənim ətimi kabab edib yedizdirsə, başqası bir yesə, sən iki ye. Təki atam
Qazanın namusunu sındırmayasan”.
“Arxayın ol, oglum!”-Sədəf dedi. “Özümü öz dişimlə parçalaram, bu quldurların əlinə
düşmərəm!”
Sədəf bayaqdan düşmənin diqqətini çəkmişdi. Bu gözəl qadını hələ ki, öldürmək
fikirlləri yox idi. Həris baxışlarla ona tərəf gəlməyə başladılar.
-Gəlməyin! Yoxsa gəbərdəcəm sizi!-Sədəf atəş açdı.
-Sakit ol, agçi, bagırma. Yaxşısı budur, silahı at yerə, könüllü təslim ol.
-Onu görməyəcəksiz!
Sədəf tüfənglə bir neçə ermənini yerə sərdi. Güllə bitmişdi. Yaxasında büküb hazır
saxladıgı siçan zəhərinə əl atdı. Bu vaxt komandirin “oranı dərhal tərk edin!” əmrini

eşidən düşmən atəş aça-aça geri çəkildi, digər əsirləri hərbi maşına doldurub oranı tərk
etdilər.
Sədəf üzüqoylu qarın üstünə sərildi. “Getdi ciyərparalarım!”
Taqətsiz halda qaynanasının əlindən tutub camaatla birlikdə meşəyə tərəf gedirdi.
Üç gün meşədə ac-susuz, əyin-başsız qalan əhalini kəşfiyyatçılar xilas etdilər. Camaatın
içində İrəvandan, Qərbi Azərbaycandandan olan, dogma ocaqlarından didərgin düşüb
Xocalıya sıgınan qaçqınlar da vardı. Onlar buralara yaxşı bələd olmadıqları üçün həmin
dəhşətli gecədə yollarını azırdılar. Bu səbəbdən bir çoxunu əsir götürdülər.
Şaxta xəncər kimi kəsirdi. Meşəyə qaçan əhali soyuqdan donurdu. Analar əyinlərini
çıxarıb körpələrini bürüyürdülər. Onlara elə gəlirdi körpə yenə donur. Halbuki donan
özləri idi. Lap “Buz heykəl” hekayəsindəki qəhrəman anaya bənzəyirdilər…
Düz 50 il sonra faşist düşmən anaları gözüyaşlı qoyurdu. Ermənilər meşəni də
mühasirəyə almışdılar.
Yaxın bölgələrdən köməyə gələn igid kəşfiyyatçılar və buranı beş barmagı kimi tanıyan
yerli adamlar köməksiz, əliyalın dinc əhalini xilas edib yaxın bölgələrdə, kəndlərdə
yerləşdirdilər. Cəsədlər də vardı. Onları torpagı qazıb basdırır, ya da özləriylə
sürüyürdülər. Bəzilərinin ayaqları, əlləri tamamilə donmuşdu. Qocaları dallarna götürən
igidlər nəhayət ki, əhalini təhlükəli ərazidən uzaqlaşdırdılar.
29 yaşlı gənc Sədəf əyninə kişi paltarı geyinib topuğa dəyən uzun saçlarını kəsdirdi. Bir
vaxtlar əri bu saçlardan ötrü ölürdü. İndi əri də yoxdur, övladları da. Kimin üçün
yaşayırdı? “Övladlarım sagdır axı. Bəlkə onlara dəyməyəcəklər? Bizimkilər dəyişəcək
ermənilərlə? Səbrli ol, Sədəf! Ayaqda dur, ümidini kəsmə”.
Sədəf o dəhşətli gecəni heç cür unuda bilmirdi. Gözünün qabagında nə qədər insanı
vəhşicəsinə öldürdülər. Hələ uşaqları… Gənc qızları lüt soyundurub maşınlara basırdılar.
Əlləriylə başını tutdu. Düşündükcə az qalırdı dəli olsun. Dünyanın heç bir yerində belə
vəhşilik görünməyib. Bu qətliamdı. Soyqırımdı. “Türk qanına susayan alçaqlar! Bu qan
yerdə qalmayacaq!”
Sədəf könüllü ərazi müdafiə batalyonuna yazıldı. Bir neçə il döyüşçü kimi vuruşdu.
Ermənilər bu cəsur qadını tuta bilmirdilər. Başına pul ayırmışdılar.
Əsirlikdə olan üç oglunun heç birindən xəbər tuta bilmirdi. Kəşfiyyata gedənlər də dəqiq
məlumat gətirmirdilər. Bir günsə… Əsirlikdən dönən Mustafa kişinin dediyiyinə görə
ermənilər onun iki böyük oglunu gözünün qabagındaca əzabla öldürdülər. Balacadan
xəbər ala bilmədik, haraya apardılar, neylədilər, məlumatımız olmadı-dedi Mustafa kişi.
Sədəfin dünyası uçuldu. Paramparça oldu. Son ümidini də itirdi. Hərdən ürəyində ümid
işartısı közərirdi: “Bəlkə Vaqif-Vakkılım sagdır…”
Aradan illər keçdi. Sədəfin bir vaxt xna rəngli məxməri ipək saçları ağappaq oldu.
Pırpızlaşıb pis günə düşdü.
Qaynanasının ürəyi çoxdan partlayıb ölmüşdü.
O artıq taleyi ilə barışıb. Mehrini özü kimi vaxtsız qocalmış köpəyinə salıb. Başına
bagladığı yun şalın altından çıxan, bəlkə aylardır daraq dəyməmiş saçları, didik-didik
olmuş köhnə hərbi sırıqlısı və ayagına geydiyi qalın yekə altlıgı olan kişi çəkmələri onu
daha da yaşlı göstərirdi.
Hər gün köpəyi ilə yaxınlıqdakı daga çıxırdı. Əlini gözünün üstünə qoyub həsrətlə işgal
olunmuş dogma torpaqlara, Xocalıya baxırdı. “Bəlkə Vaqifim sagdır. Əgər ermənilər onu
öldürməyibsə, indi 22 yaşı olmalıdır. Əgər sagdırsa, görəsən hardadır, neyləyir?”
Arxadan xışıltı eşitdi. Çevrildi. Gənc bir erməni əlindəki avtomatla onu nişan almışdı.

-Öldürəcəm səni, qadın. De görüm, hərbi hissə harda yerləşir? Mənə kömək elə, apar
oraya.
Sədəf onun erməni kəşfiyyatçısı oldugunu anladı. Bəlkə elə diversiya qrupundandır? Çox
lazımlı kəşfiyaytçıdır. Niyə hiss etməmişəm, yoxsa qoyardımmı keçməyə? Elə yerində
gəbərdərdim bu dıganı. Bircə tuta bilsəydim…”
-Nə düşünürsən, axçi? Mənə hərbi hissənin yerini söylə. Yoxsa bu güllələri o murdar
qarnına dolduracam!
Bir az ləhcə vardı danışıgında. “Yəqin yerli ermənilərdəndir.”
Sədəf bir anlığa onu necə tərksilah edəcəyini düşündü.
-A bala, sənin agzından süd iyi gəlir, – Onu dilə tutdu. Silahı aşagı sal.
-Yaxın gəlmə. Gəbərdəcəm səni də, köpəyini də.
-Məni vur, ona dəymə.
-Siz türklər hamınız bizim düşmənimizsiniz.
-A bala, biz sizə neyləmişik axı, yaxşılqdan başqa? –dedi Sədəf. Sizi niyə belə nifrətlə
böyüdüblər?
-Ağçi, ay arvad, deyəsən başın bədənüvə ağırlıq edir? –Silahı onun başına dirədi. Düş
qabagıma.
Sədəf bir söz deməyib irəlilədi. Köpək də onların ardıyca gedirdi.
Bir xeyli getdilər. Sədəf qəflətən çevrilib erməninin avtomatını əlindən aldı. Qundağıyla
onun başına vurdu. Necə olsa, keçmiş döyüşçüydü.
-Mən qadınlığımla sizin o erməni dıgalarınızı bir anda məhv edərəm. Mənim üç oglumu
iyirmi il qabaq Xocalıda əsir götürdülər, ikisini o murdar ermənilər öldürdülər. Birindən
hələ də xəbər yoxdur. Övladlarımın hayıfını səndən çıxacam.
Sədəfin gözü dönmüşdü. Avtomatı qaldırıb atəş açmaq istədi. Birdən nəzərləri gənc
erməninin geniş açılmış gözlərinə sataşdı. Sədəf diksindi. Əlləri titrədi. Bu gözlər ona
tanış idi. Qonurqarışıq mavi gözlər.
-Adın nədir, bala?
-Adımı neynirsən? Vartandır.
-Qolunu aç.
-Nə?
-Köynəyinin sol qolunu qaldır yuxarı.
Erməni onun dediyi kimi elədi. Sədəf onun dirsəyindən azca aşagı böyük aypara xalı
gördükdə, dəhşətə gəldi. Az qaldı ürəyi getsin. Aman Allah! Bu, o idi. “Duy mənə sıyıq
bişiy… süddü sıyıq! Balaca Vakkılı. İndi dönüb Vartan olub. “Ləhcəsindən tutmuşdum”.
-Sənin ata-ananın adı nədir?
-Atam-anam yoxdur. Dedilər 92-də müharibədə türklər öldürüb. Mən Yerevanda yetimlər
evində böyümüşəm.
– Qulaq as, bala. Sən mənim doğmaca oğlumsan! –Sədəf dedi.
-Nə? -erməninin gözləri böyüdü.
-Hə. Düz eşitdin. Sonbeşiyim. Vakkılım. Sənin adın Vartan deyil, Vaqifdir. Bir vaxtlar
canımdan çox sevdiyim Vaqifim.
Sədəfin gözlərindən yaş sel kimi axırdı.
“Lənət olsun müharibəyə. Lənət olsun müharibə törədənlərə!”
-Səni doqquz ay qarnımda bəslədim. Bu döşlərimdən süd verdim. Əlini döşlərinə çırpdı.
Amma düşmən tərbiyə etdi səni. Onlar Xocalıya hücum edəndə sənin 2 yaşın vardı.
Qardaşlarını və səni əsir götürdülər. Qardaşlarını öldürdülər. Səni isə isə bizə qarşı bax,
bu cür böyütdülər.
-Yalan danışırsan! Kəs səsini!

-İnanmırsan, gəl bax!
Sədəf köynəyinin sol qolunu yuxarı çəkdi.
-Bax! O aypara xaldan məndə də var. Gözlərin eyni mənim gözlərimdi.
Vartan ona yaxınlaşdı. Donuq nəzərlərlə qolundakı aypara xala baxdı. Fikri lap uzaqlara
getdi. Dumanlı şəkildə xatırladı. “Duy mənə sıyıq bişiy. Süddü sıyıq…”
İnana bilmirdi. Qarşısında duran bu yaşlı qadın onun dogmaca anasıdır?
Udqundu.
-Məni təhvil verəcəksən?
-….
-Məni bagışlayacaqsan?
-Mən bagışlasam da, torpaq bagışlamayacaq!
Ürəyinin göz yaşları içinə axırdı. Odsuz-ocaqsız qovrulurdu Sədəf. Illərlə axtardıgı
dogmaca oglu erməni çıxmışdı. Dəhşət bir şeydi.
Hansısa filmdə deyilirdi: oğulun bütün hərəkətləri üçün ana cavabdehdir.
“Yox! Bu ləkə ilə yaşaya bilmərəm!”
Atəş səsinə gələn Azərbaycan əsgərləri qəribə mənzərənin şahidi oldular: çoxdan
tanıdıqları Sədəf arvad tüfəng qarnında yerə yıxılmış, ölmüşdü. Başının üzərində dayanan
düşmən kəşfiyyatçısı donuq nəzərlərlə ona baxırdı.
Qoça, sədaqətli köpək isə başını sahibinin cansız bədəninə yapışdıraraq dayanmadan
yanıqlı səslə zingildəyirdi.

 

Müəllif: Südabə Sərvi

Mənbə: Azərbaycan.media