🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev Xocavənd sakininin evinə qonaq olub

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd sakini İlqar Həsənovun evinə səfər ediblər.

Publika.az-ın məlumatına görə, evdə dövlət başçısı və sakinlər arasında maraqlı söhbət baş tutub. Digər qadın sakin dövlət başçısını salamlayaraq: “Xoş gəlmisiniz. Nə böyük şərəf” – deyib.

Kişi sakin isə evdə bişirilmiş çörəyi təqdim edərək: “Anamdır. İsti çörəyimiz var, təzə” – deyib. Prezident İlham Əliyev isə əlavə edib: “Siz də dadına baxın, təndir çörəyidir.” Qadın sakin isə çörəyi təqdim edərək: “Nuş edin, nuş olsun” – deyib.