🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar metroda gücləndirilmiş iş rejimi

Azərbaycan.media xəbər verir ki, Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“Ana harayı” abidəsi yaxınlığında yerləşən “Xətai”, eləcə də “Cəfər Cabbarlı”“28 May” stansiyalarında nəzarət tədbirləri gücləndiriləcək.

Stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. Qatarların hərəkəti gün ərzində payız-qış mövsümünün iş günü qrafikinə uyğun təşkil olunacaq.