🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib

Azərbaycan.media xəbər verir ki, Qəbələ rayonunda baş verən yol qəzası bir gəncin həyatına son qoyub.

Bu gün saat 18 radələrində Qəbələ rayonunun Məmmədağalı kəndi ərazisində “Ford” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində sürücü, 24 yaşlı Nuran Muradasılov, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, hadisə ilə bağlı polis orqanlarında cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.