🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Oğuzda 40 ağacın qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb

Azərbaycan.media xəbər verir ki, Oğuz rayonunda 40 ədəd müxtəlif növ ağacın qanunsuz kəsilməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, hadisə Oğuz rayonunun Muxas kəndi ərazisində yerləşən meşə massivində qeydə alınıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində ağacları kəsməkdə şübhəli bilinən kənd sakini, 30 yaşlı Pərvin Salamov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.