Azərbaycan.media xəbər verir ki, ABŞ-da UNO-lar, Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatları və müxtəlif sui-qəsd nəzəriyyələri ilə bağlı məxfi məlumatların toplandığı arxivin məhv edildiyi iddia olunur.
Bu barədə Daily Mail nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti **Donald Trump**ın bütün UNO sənədlərinin açıqlanması barədə göstərişindən bir gün sonra məxfiliyi götürülmüş hökumət sənədlərinin saxlanıldığı arxiv yoxa çıxıb.
Bildirilib ki, “Black Vault” adlı onlayn arxivdə yüzlərlə giqabayt həcmində, təxminən 3,8 milyon fayl mövcud olub. İddialara əsasən, fayllar qəsdən silinib, lakin şübhə doğurmamaq üçün saytın özü aktiv vəziyyətdə saxlanılıb.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb
