🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yaponiya 2030-cu ilə Kimi Yonaguni Adasına Hava Hücumundan Müdafiə Raket Bölməsi Quraşdıracaq

Azərbaycan.media xəbər verir ki, Yaponiya hökuməti 2030-cu ilin sonuna qədər Tayvanın şərq sahilindən 108 kilometr aralıda yerləşən Yonaguni adasında hava hücumundan müdafiə raket bölməsi yerləşdirəcək.

Bu barədə Yaponiya müdafiə naziri Şinjiro Koizumi bəyanat yayıb.

Koizumi bildirib ki, planın icrası üçün işlər artıq davam edir: “Lazımi qurğuların hazırlanması da daxil olmaqla müvafiq işlər davam edir. Lakin biz bunu 2030-cu maliyyə ili üçün planlaşdırırıq. Hərtərəfli və diqqətli bir açıqlama verəcəyik”.

O həmçinin daha əvvəl açıqlamışdı ki, bu plan bölgədə gərginlik yaratmaq məqsədi daşımır, əksinə adanın təhlükəsizliyini təmin etmək və Yaponiyaya qarşı silahlı hücum ehtimalını azaltmaq məqsədi daşıyır.