🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya Hərbi Nümayəndə Heyəti Azərbaycanda Səfərdədir

Azərbaycan.media xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Silahlandırma rəisi, Hava Kosmik Qüvvələri Baş Komandanının silahlandırma üzrə müavini general-polkovnik Yuriy Qrexovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Hərbi nümayəndə heyəti Azərbaycan Müdafiə Nazirliyinin Hava Qüvvələri komandanı, general-leytenant Namiq İslamzadə ilə görüşüb.

Görüşdə Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Səfər çərçivəsində nümayəndə heyəti Milli Müdafiə Universitetində keçirilən seminarda iştirak edib. Seminarda hərbi-təhsil və elm sahəsində tətbiq edilən yeniliklər barədə fikir mübadiləsi aparılıb.