Azərbaycan.media xəbər verir ki, millət vəkili Elnarə Akimova 2026-cı ilin fevral ayı üçün nəzərdə tutulan ikinci qəbul gününü gerçəkləşdirib.
Görüş zamanı millət vəkili vətəndaşların müraciətlərini diqqətlə dinləyib, onların gündəlik həyatda qarşılaşdıqları çətinliklər və narahatlıqları ilə tanış olub. Hər bir məsələnin hüquqi çərçivədə və səlahiyyətlər daxilində həll olunması üçün müvafiq qanunamüvafiq addımlar atılacağı bildirilib.
Elnarə Akimova vurğulayıb ki, vətəndaşların problemlərinin həlli dövlət orqanları ilə əməkdaşlıq və şəffaf kommunikasiya vasitəsilə daha səmərəli şəkildə həyata keçiriləcək. O, görüşdə vətəndaşların təklif və iradlarını da qeyd edib və gələcəkdə bu məsələlərin diqqətdə saxlanacağını söyləyib.
Görüş səmimi və açıq mühitdə keçirilib, vətəndaşlar öz fikirlərini birbaşa millət vəkilinə çatdırmaq imkanı əldə ediblər.



Mənbə: Azərbaycan.media
