Azərbaycan.media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə ölkədaxili marşrutlar üzrə əlavə qatar reysləri təyin edib.
-
20–30 mart tarixlərində hər gün Bakı–Qəbələ–Bakı;
-
19–30 mart tarixlərində hər gün Bakı–Ağstafa–Bakı;
-
23 və 25 mart tarixlərində isə Bakı–Ağdam–Bakı marşrutu üzrə səfərlər təşkil olunacaq.
ADY xəbər verir ki, Bakı–Ağstafa–Bakı qatarlarına biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.
Bundan əlavə, bayram günlərində Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Gəncə–Qəbələ–Gəncə marşrutları və 21 və 28 mart tarixlərində Bakı–Ağdam–Bakı marşrutu üzrə ənənəvi qrafik üzrə reyslər icra olunacaq.



Oxundu: 15
