Azərbaycan.media xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Zəngəzur dəhlizinin son razılaşmalardan sonra tərəflərlə birlikdə yenidən hərəkətə keçdiyini görməkdən məmnunluğunu ifadə edib.
Oktay jurnalistlərə açıqlamasında bildirib:
“Bu, həm regionda sülhə, həm də bölgənin inkişafına töhfə verəcək güclü bir layihədir. Eyni zamanda türk dünyasını birləşdirə biləcək mühüm təşəbbüsdür. Layihə təkcə Naxçıvanla Azərbaycan arasında deyil, həm də Türkiyə ilə Azərbaycan və ümumilikdə türk dünyası arasında əlaqələri gücləndirəcək. Region baxımından isə bütün ölkələrin inkişafına xidmət edəcək bir layihədir. Gürcüstan da buna daxildir.
Gələcəkdə bölgədə sülh tam təmin olunarsa, bu layihə Rusiya və İran üçün də daha güclü və sabit gələcəyə zəmin yarada bilər. Ümid edirik ki, bu layihə ən qısa zamanda həyata keçiriləcək”*, – deyə o əlavə edib.
