Azərbaycan.media xəbər verir ki, Ağdam rayonunun Xındırıstan kəndində meyit aşkarlanıb.
1954-cü il təvəllüdlü kənd sakini Əzimova Zibeydə Nəziman qızının meyiti yaşadığı ünvanda yerləşən tövlədə tapılıb. Yaxınlarının bildirdiyinə görə, onun müəyyən psixoloji problemləri olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
