Azərbaycan.media xəbər verir ki, Vladimir Zelenski iki il boyunca bunkerdə yaşadığını açıqlayıb.
O, bu barədə “France Presse” agentliyinə danışıb: “Mən iki il bunkerdə yaşadım”, – deyə prezident bildirib.
Zelenski qeyd edib ki, müharibənin ilk günlərindən bunkerdə qalıb və yalnız Prezident Aparatındakı ofisinə gedib. Hazırda isə o, hava hücumu zamanı belə bomba sığınacağına getmir.
Xatırladaq ki, fevralın 22-də CNN Ukrayna prezidentinin müharibə başlayandan bəri təxminən 12 sui-qəsd cəhdindən sağ çıxdığını açıqlayıb. Məlumata görə, Rusiya agentləri onu fiziki olaraq aradan götürmək məqsədilə Prezident Administrasiyasının yaxınlığında mənzillər kirayələyiblər.
Oxundu: 17
