Azərbaycan.media xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 68 nömrəli tam orta məktəbdə tikinti işlərinə start veriləcək.
“Təhsilin İnkişafı Fondu” Publik Hüquqi Şəxsi tərəfindən elan edilmiş tender çərçivəsində mövcud məktəb binası söküləcək və yerində 528 şagird yerlik yeni bina tikiləcək.
Layihənin icrası üçün 1 308 688,28 manat məbləğində vəsait ayrılıb.
Oxundu: 19
