🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Naxçıvanda İcbari Tibbi Sığorta Agentliyinin sədri vəzifəsindən azad edilib

Azərbaycan.media xəbər verir ki, Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur Abbas oğlu İbrahimov vəzifəsindən azad edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Sərəncam imzalayıb.

Digər Sərəncamla Naxçıvan MR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası agentliyin İdarə Heyəti sədrinin müavini Vüsal Cəmil oğlu Məmmədova həvalə edilib.

Qeyd edək ki, Elnur İbrahimov 2023-cü il mayın 2-də Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru təyin edilmişdi.