🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyədə keçmiş həyat yoldaşını boğaraq öldürən şəxs həbs edilib

Azərbaycan.media xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçmiş həyat yoldaşını boğaraq öldürən şəxs həbs olunub.

Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hadisə ötən ilin sentyabrında Muratpaşa rayonunda baş verib.

Məlumata əsasən, 32 yaşlı Hızır Çelik keçmiş həyat yoldaşı Hanım Biçerin evinə gedərək onu şərflə boğaraq öldürüb, daha sonra qadının telefonunu oğurlayaraq hadisə yerindən uzaqlaşıb. Təhlükəsizlik kameraları ikilinin eyni evə girdiyini, bir müddət sonra Çelikin əlində çanta ilə tək çıxaraq ərazidən getdiyini göstərib.

Şübhəli ifadəsində mübahisə etdiklərini və hadisəni qəsdən törətmədiyini bildirib. Baş Prokurorluğun hazırladığı ittihamnamədə Çelik “qəsdən adam öldürmə” və “oğurluq” maddələri ilə ittiham olunur.