Azərbaycan.media xəbər verir ki, İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda dağ-mədən sənayesinin inkişafında, o cümlədən metal yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatı və emalı sahəsində xüsusi xidmətləri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:
-
Caniyev İbrahim Mustafa oğlu
-
Hüseynov Fuad Camal oğlu
-
Xələfov Sadiq Miri oğlu
-
İsmayılov Tofiq Köçəri oğlu
-
Quliyev Emil Ehtiram oğlu
-
Məmmədəliyev Dadaş Şixməmməd oğlu
-
Məmmədov Ələsgər Ağamehdi oğlu
-
Talıbov Zəka Famil oğlu
Qeyd edək ki, təltif edilən şəxslər ölkənin dağ-mədən sektorunda səmərəli fəaliyyətlərinə görə mükafata layiq görülüblər.
