Azərbaycan.media xəbər verir ki, incəsənət əsərlərinin, kolleksiya və əntiq əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən (ƏDV) azad olunub.
Müvafiq dəyişiklik Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı Vergi Məcəlləsində əksini tapıb.
Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təsdiqedici sənədi əsasında, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları üzrə siyahıya daxil edilən incəsənət əsərləri, kolleksiya əşyaları və əntiq əşyaların idxalı ƏDV-dən azad edilir.
Sənədə görə, sözügedən siyahı və təsdiq mexanizmi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdiriləcək. Bu dəyişiklik ölkəyə mədəni dəyərlərin gətirilməsini təşviq etməyə yönəlib.
Oxundu: 19
