Azərbaycan.media xəbər verir ki, türk kino və televiziya sənətinin tanınmış simalarından olan Ali Tutal vəfat edib.
“Qafqazinfo”nun Türkiyə KİV-ə istinadən yaydığı məlumata görə, beyin qanaması keçirərək xəstəxanaya yerləşdirilən 76 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Ali Tutal yaradıcılığı boyunca bir sıra məşhur film və seriallarda yaddaqalan obrazlar canlandırıb. O, xüsusilə Güneşi Gördüm, Geniş Ailə və Bereketli Topraklar Üstünde kimi ekran işlərindəki rolları ilə tamaşaçıların yaddaşında iz buraxıb.
Oxundu: 20
