🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Macarıstan Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketini dəstəkləməyəcək

Azərbaycan.media xəbər verir ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto rəsmi Budapeştin Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı hazırlanmış 20-ci sanksiyalar paketini dəstəkləməyəcəyini bəyan edib.

Nazir bildirib ki, bu qərarın əsas səbəbi Ukrayna ərazisi vasitəsilə Rusiyadan Macarıstana nəql edilən Drujba neft kəməri ilə neft tranzitinin dayandırılmasıdır.

Peter Siyartonun sözlərinə görə, Ukrayna sözügedən kəmər vasitəsilə neft nəqlini tam bərpa etməyincə, Budapeşt Aİ-nin Rusiyaya qarşı yeni məhdudiyyətlərinə dəstək verməyəcək.

“Rəsmi Budapeşt həmçinin Ukraynaya ayrılması planlaşdırılan yeni maliyyə yardım paketlərinə də veto qoyacaq”, – deyə nazir vurğulayıb.