🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qırğızıstanda Prezidentə tabe olan yeni İstintaq Komitəsi yaradılır

Azərbaycan.media xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov ölkədə yaxın zamanda birbaşa dövlət başçısına tabe olan İstintaq Komitəsinin yaradılacağını açıqlayıb.

Modern.az-ın məlumatına görə, yeni qurum bütün istintaq araşdırmalarını həyata keçirəcək və Prezidentə hesabat verəcək.

Baş Prokurorluq və Hərbi Prokurorluq isə ölkədə qanunların icrasına nəzarəti davam etdirəcək. Prezident Sadır Japarov isə yeni strukturun insan hüquqlarının qorunmasını daha effektiv təmin edəcəyini vurğulayıb.