🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gəncədə avtomobil toqquşması: üç nəfər xəstəxanaya yerləşdirildi

Azərbaycan.media xəbər verir ki, Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan KİA markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində 1986-cı il təvəllüdlü M. İsgəndərova, 1962-ci il təvəllüdlü R. Abdulova və 1971-ci il təvəllüdlü V. Orucova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.