🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Biləsuvarda qızıl oğurluğunda şübhəli şəxs tutulub

Azərbaycan.media xəbər verir ki, Biləsuvar rayonunda bir yaşayış evindən 1 100 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanmasında şübhəli bilinən şəxs saxlanılıb.

Polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində 40 yaşlı Tacəddin Mansurov tutulub. Araşdırmalar göstərib ki, o, rayon ərazisində daha 6 evdən oğurluq edib.

Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsi cinayət işi başlayıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.