🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şimali Kuril adaları sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb

Azərbaycan.media xəbər verir ki, Bazar ertəsi gecəsi Sakit okeanda, Şimali Kuril adaları sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə Yujno-Saxalinsk seysmik stansiyası xəbər yayıb.

Bildirilir ki, 16 fevral gecəsi episentri Matua adasının 130 kilometr şərqində yerləşən zəlzələ 51 kilometr dərinlikdə qeydə alınıb.

Məlumata görə, zəlzələ ilə bağlı hiss olunma barədə heç bir məlumat daxil olmayıb və sunami xəbərdarlığı verilməyib.