🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ukraynanın sabiq energetika naziri sərhəddə saxlanıldı

Azərbaycan.media xəbər verir ki, Ukraynanın sabiq energetika naziri Herman Qaluşşenko fevralın 15-nə keçən gecə dövlət sərhədini keçməyə cəhd edərkən saxlanılıb.

Məlumata görə, sabiq məmur qatardan endirilib. Bildirilir ki, Ukrayna Milli Antikorrupsiya Bürosuİxtisaslaşmış Antikorrupsiya Prokurorluğu tərəfindən onunla bağlı rəsmi sorğu mövcud olub. Qanunvericiliyə əsasən, cinayət işi üzrə şübhəli şəxs ölkəni tərk etməyə cəhd göstərərsə, sərhədçilər dərhal istintaq orqanlarını məlumatlandırmalıdır.

Qeyd olunur ki, iş adamı Timur Mindich cinayətkar təşkilat yaratmaqda və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin yuyulmasında şübhəli bilinir. İddialara görə, 2025-ci il ərzində energetika sahəsində müəyyən edilən qanunsuz fəaliyyətlər həmin dövrdə energetika naziri olmuş Herman Qaluşşenkoya təsir göstərilməsi yolu ilə həyata keçirilib.

Bu hadisələrdən sonra Ukrayna Ali Radası Qaluşşenkonu vəzifəsindən azad edib. Noyabrın 11-də isə Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu “Enerqoatom” ASC-də iri məbləğdə vəsaitin mənimsənilməsi ilə bağlı sxemin iştirakçılarına aid telefon danışıqlarının audioyazılarını yayımlayıb. Ehtimal olunur ki, həmin yazılarda sabiq nazirin də danışıqları yer alır.