🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident Əliyevdən Serbiyaya Milli Bayram Təbriki

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiç-ə Serbiya Respublikasının milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.
Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur. Qarşılıqlı dəstək və etimad üzərində qurulmuş dostluq və əməkdaşlıq əlaqələrimiz hərtərəfli inkişaf edir və yeni məzmunla zənginləşir. Ali səviyyəli səfərlər və fəal siyasi dialoq bu əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. Xüsusilə Davosda Sizinlə görüşümüzü xoş təəssüratlarla xatırlayıram.
Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Serbiya dostluğu və strateji tərəfdaşlıq bundan sonra da dərinləşəcək, xalqlarımızın mənafelərinə xidmət edəcək.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Serbiya xalqına isə əmin-amanlıq və rifah arzulayıram.”