Hal-hazırda Azərbaycan Prezidenti İlham Əliyev səfərdədir və Münhen Təhlükəsizlik Konfransında ölkəmizi yüksək səviyyədə təmsil edir. Dünyanın 120-dən çox dövlət və hökumət nümayəndəsinin iştirakı ilə keçirilən bu nüfuzlu platformada Prezident İlham Əliyevin çıxışı Azərbaycanın qətiyyətli, uzaqgörən və etibarlı, nüfuzlu tərəfdaş olduğunu nümayiş etdirir və beynəlxalq arenadakı mövqeyimizi daha da möhkəmləndirir.
Səfər çərçivəsində cənab Prezidentin ən önəmli görüşləri həm region, həm də qlobal siyasət baxımından böyük əhəmiyyət kəsb edir.
O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək enerji əməkdaşlığının genişləndirilməsi, humanitar dəstək və sülh proseslərinin irəlilədilməsi barədə fikir mübadiləsi aparır. Bu görüş Azərbaycanın qlobal təhlükəsizlik məsələlərində konstruktiv və etibarlı tərəfdaş kimi rolunu təsdiqləyir.
Daha sonra Prezident İlham Əliyev Almaniyanın Bundestaq Xarici Əlaqələr Komitəsinin sədri Armin Laşet ilə görüşərək Azərbaycan-Almaniya münasibətlərinin dərinləşdirilməsi, regionda sabitliyin təmin olunması və əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edir. Bu görüş, cənab Prezidentin beynəlxalq siyasətdə nüfuzlu və söz sahibi şəxs olduğunu bir daha göstərir.Eyni zamanda cənab İlham Əliyev panel müzakirələrində fəal iştirak edərək “Trans-Xəzər əməkdaşlığı və açıq dəhliz siyasəti” mövzusunda çıxış edir. Azərbaycanın diplomatik fəallığı və strateji təşəbbüsləri bu çıxışlarda aydın şəkildə əks olunur və ölkəmizin region və dünya üçün etibarlı və nüfuzlu tərəfdaş olduğunu nümayiş etdirir.Cənab Prezidentin Münhendəki çıxışları və görüşləri göstərir ki, Azərbaycan yalnız regionda deyil, qlobal səviyyədə də qətiyyətli, uzaqgörən və etibarlı tərəfdaş kimi tanınır. Onun uzaqgörən siyasəti, milli maraqları beynəlxalq arenada prinsipial şəkildə müdafiə etməsi və regional sülhə verdiyi töhfə Azərbaycanı güclü və nüfuzlu dövlət kimi göstərir. Münhendən yayılan bu mesaj bir daha sübut edir ki, Azərbaycan sabitlik, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan yeni regional reallıqların formalaşmasında aparıcı rol oynayır və dünyaya nümunə göstərir.”Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İ.B. bütün heyəti və üzvləri möhtərəm Prezident İlham Əliyevin Münxendəki səfərini böyük maraq və diqqətlə izləyir. Onun qlobal forumlarda nümayiş etdirdiyi diplomatik ustalıq, uzaqgörən strategiya və Azərbaycanın dayanıqlı inkişaf vizyonunu dünya ictimaiyyətinə çatdırması bütün cəmiyyətimiz tərəfindən böyük rəğbət və alqışlarla qarşılanır. Biz fəxr edirik ki, ölkəmizin Prezidenti Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir, strateji təşəbbüslərlə ölkəmizi daha da yüksəldir və Azərbaycan xalqının qəlbində milli birliyi, etimadı və inamı daha da möhkəmləndirir.

“Azərbaycan Qadınları Respublika Cəmiyyəti”
İ. B.sədri
Bahar Qasımova
İ. B.sədri
Bahar Qasımova
Azərbaycan.media