🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əməkdar Mədəniyyət İşçisi Ədalət Hacıyev Gəncə Milli Dram Teatrına direktor təyin olundu

Azərbaycan.media xəbər verir ki, Əməkdar Mədəniyyət İşçisi Ədalət Hacıyev Gəncə Milli Dram Teatrı-na direktor təyin olunub.
Bu barədə ilk məlumatı məhz Azərbaycan.media yayımlayıb. Xəbərin dəqiqliyini təmin etmək üçün Ədalət Hacıyevlə telefon əlaqəsi saxladıq. O, təyinatı təsdiqləyərək bildirdi ki, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrındakı fəaliyyətinə son qoyub və bundan sonra yaradıcılıq və idarəçilik fəaliyyətini Gəncə Milli Dram Teatrında direktor kimi davam etdirəcək.
Ədalət Hacıyev Azərbaycan.media-ya açıqlamasında bildirib:

“Rus Dram Teatrından ayrılmışam. Artıq fəaliyyətimi Gəncə Milli Dram Teatrının direktoru kimi davam etdirəcəyəm. Fuad bəy, xəbəri dəqiqləşdirib yayımladığınız üçün təşəkkür edirəm.”

Qeyd edək ki, Ədalət Hacıyev uzun illərdir ölkənin mədəniyyət və teatr mühitində fəal iştirak edir, müxtəlif layihələrə rəhbərlik edib və sənət cameəsində nüfuzlu simalardan biri kimi tanınır. Onun Gəncə Milli Dram Teatrına rəhbər təyin olunması bölgə teatr mühitinin inkişafına yeni təkan verəcəyi gözlənilir.

Azərbaycan.media kollektivi olaraq Ədalət müəllimi, ailəsini, dəyərli sənətkarımız, Brilliant Dadaşovanı və Cahad bəyi yeni təyinat münasibətilə səmimi qəlbdən təbrik edirik. İnanırıq ki, onun rəhbərliyi ilə Gəncə Milli Dram Teatrı yeni yaradıcılıq uğurlarına imza atacaq və daha böyük zirvələr fəth edəcək.
Həqiqətən də zirvələr sizə yaraşır.

 

Müəllif: Fuad Biləsuvarlı
Mənbə: Azərbaycan.media