Azərbaycan.media xəbər verir ki, dünya əmtəə bazarlarında qızılın qiyməti 5 min dollar səviyyəsini ötüb.
Comex birjasında (GC1) qızıl fyuçerslərinin qiyməti 1,98% artaraq 5 046,3 dollar/unsiya olub və qiymət 97,9 dollar yüksəlib. Spot bazarda (XAU/USD) qızılın qiyməti isə 2,43% bahalaşaraq 5 042,04 dollar/unsiyaya çatıb.
Comex-də gümüş 3,02% artaraq 77,96 dollar/unsiya, mis fyuçersləri isə 0,29% yüksələrək 586,25 sent/funt olub.
Platin spot bazarda (XPT/USD) 3,07% bahalaşaraq 2 066,78 dollar/unsiyaya çatıb və qiymət son ticarətdə 61,51 dollar yüksəlib.
Analitiklər qiymətli metallar bazarındakı bu artımı qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi risklərin güclənməsi və investorların təhlükəsiz aktivlərə marağının artması ilə izah edirlər.
