Sevənlər üçün də hansısa günün önəmi var?
Əlbəttə, son illərdə bu tarixi səbrsizliklə gözləyənlərin sayı azalmaqdadır. Çünki artıq bir çoxlarına görə, 14 fevral deyil, iyunun 30-u Azərbaycanda Sevgililər günüdür. Xatırladaq ki, bir neçə ildir qeyd olunan bu tarix 1990‑cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.
Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək — 30 iyun tarixi Azərbaycan Sevgililər günü kimi keçirilir. Bəziləri üçün isə bu tarix həm də Məhəmməd Peyğəmbərin doğum günüdür.
O halda kim haqlıdır? Yazımızda məhz bu sualın cavabını tapmağa çalışacağıq.

Dini nöqteyi-nəzərdən yanaşsaq, həmin gün minlərlə kişi və qadın Tanrını danaraq əxlaqsızlıqla məşğul olurdu. Yəni belə çıxır ki, 14 fevral tarixi kütləvi əxlaqsızlıq günüdür.
Buradan belə sual meydana çıxır: əgər bu əxlaqsız hərəkətlər Valentindən öncəyə dayanırsa, o zaman Valentin niyə öldürülüb? 1500 il əvvəlki əxlaqsızlıqlarla Valentinin nə əlaqəsi olub?
Valentini edam etdirən imperator II Kladius tarix qaynaqlarında bu hallara son qoymaq istəyən əxlaqlı və namuslu bir imperator kimi xarakterizə olunub. Onun, hətta ordunun güclənməsi və nizam-intizamın qorunması üçün orduda xidmət edən gənclərə müvəqqəti olaraq evlənməyi qadağan etdiyi də tarixi qaynaqlarda yer alıb.
Valentinin ölümü
Onun ölümü barədə müxtəlif fərziyyələr var. Ən geniş yayılmışı və həqiqətə dayananı budur ki, həmin keşiş imperatorun qadağan etməsinə baxmayaraq, artıq keçmişdə qalmış o iyrənc adəti bərpa edib gizli şəkildə qızlarla oğlanları qeyri-qanuni olaraq görüşdürməkdə davam edirmiş, yəni əxlaqsızlığı yayırmış. İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və 14 fevralda — məhz romalıların əxlaqsızlığının tüğyan etdiyi bir gündə — döydürərək, təhqiramiz formada öldürtdürür.
Valentinin edamından sonra əxlaqsızlıq səngiyib, amma tamamilə dayanmayıb. Əvvəllər açıq-aşkarda keçirilən bu “bayram” sonralar künc-bucaqda gizli şəkildə davam etdirilib.
Əxlaqsızlıq gününün “Valentin günü” adı altında açıq-aşkar qeyd edilməsi isə onun ölümündən təxminən 226 il sonraya təsadüf edir. Yəni Papa Gelasius tərəfindən 496‑cı ildə “Lupercalia” bayramının adı Valentinin şərəfinə dəyişdirilir.
Ad dəyişmənin səbəbinə gəlincə isə, xristian ruhanilər Romadakı bütpərəstlərin “Lupercalia” bayramına xristian gənclərin də qatıldığından və bütpərəst qızlarla əylənmələrindən narahat olduqlarından buna bir çarə axtarırdılar. Elə bu zaman vaxtilə xristian qəbristanlığında dəfn olunan Valentin yada düşdü və ruhani xristianlar bununla vəziyyətdən çıxış yolu tapdılar. Onlar bu bayramın sadəcə adını dəyişərək gənclərin xristianlığa bağlı adı olan bir şənlikdə — “Müqəddəs Valentin günü”ndə — əylənmələrini, daha doğrusu, ənənəvi kütləvi əxlaqsızlığı davam etdirmələrini təmin etdilər.
Beləliklə, həmin “Valentin günü” meydana çıxdı və Papa əxlaqsızlığı rəsmiləşdirdi.
Biz azərbaycanlılara indi sevgililər günü lazımdırmı?
1990‑cı ilin qanlı 20 yanvarında həyatını itirən İlhama qarşı Fərizənin hədsiz sevgisi adi məhəbbət deyildi. Belə düşünəndə onların məhəbbəti onlara məxsus olduğundan bunu kütləviləşdirməyin heç yeri yoxdur. Çünki intihar edərkən hamilə olan Fərizə anasına yazdığı son məktubunda deyirdi:”Ağlamayın. Mən İlhamsız yaşaya bilmədim. O, mənim gecələr ulduzum, gündüzlər günəşim idi. Sönən günəş, ulduz məni çağırır, salamat qalın.”

Hətta dini baxımdan da, nəinki “Valentin günü”nü, heç iyunun 30-nu da bayram etmək sayılmır. Avropa gənclərinin əxlaqını pozan bir bayramın sadəcə adını və vaxtını dəyişdirmək bizə vacibdirmi? Yaddaş tariximizdə olmayan “Sevgililər günü” kimi bir bayramın yenidən tariximizə salınması kimlərinsə yolunun tapdanması demək deyilmi?
AYB və AJB üzvü,
Prezident və Həsən bəy Zərdabi mükafatçısı
Mənbə: Azərbaycan.media
