🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Neftçalada əlilliyi olan şəxslər və şəhid ailələri üçün 20 mənzil alınacaq

Azərbaycan.media xəbər verir ki, Publika.az-ın yaydığı məlumata görə, Neftçala rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün 20 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulur.

Məlumata əsasən, layihənin ehtimal olunan dəyəri 1 milyon 980 min manat təşkil edir.

Qeyd edək ki, təqdim ediləcək mənzillər əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, eləcə də onların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.