🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şabranda meşəlik ərazidə kişi meyiti aşkarlanıb

Azərbaycan.media xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Şabran rayonunun Zeyvə kəndində qeydə alınıb.

Kənd sakini Mahmudov Nəsimi Rəşid oğlunun meyiti yaşadığı evdən təxminən 1 kilometr aralıda yerləşən meşə massivində tapılıb. Onun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.