Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının Ukrayna böhranının həllində kifayət qədər fəallıq göstərmədiyini bəyan edib.
Amerika lideri bu barədə “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib. Tramp vurğulayıb ki, qlobal təşkilat mövcud vəziyyətlə bağlı daha çox təşəbbüs göstərməlidir.
“ABŞ hər zaman olduğu kimi öz fəaliyyəti ilə qürur duyur”, – deyə Donald Tramp qeyd edib.
