🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Soçidə avtomobil təmiri sexində güclü yanğın: 3 nəfər ağır xəsarət aldı

Azərbaycan.media xəbər verir ki, Rusiyanın Soçi şəhərində avtomobil təmiri sexində baş verən güclü yanğın nəticəsində üç nəfər xəsarət alıb.

 Teleqram kanalına istinadən yaydığı məlumata görə, hadisə şəhərin Transportnaya küçəsində qeydə alınıb. Avtomobil təmiri sexində başlayan yanğın qısa müddətdə yaxınlıqdakı anbarlara və digər bir binaya yayılıb.

Bildirilib ki, təcili yardım və yanğınsöndürmə xidmətlərinin əməkdaşları operativ şəkildə hadisə yerinə cəlb olunub. Ümumi sahəsi təxminən 1000 kvadratmetr olan yanğının söndürülməsində 60 nəfər şəxsi heyət və 15 texnika iştirak edib.

Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, onların vəziyyəti ağır qiymətləndirilir və həyati təhlükə qalmaqdadır.

Qeyd olunur ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir qızın alovdan xilas olmaq üçün pəncərədən özünü atdığı anlar əks olunub. Hadisənin səbəbləri araşdırılır.