🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ərdoğan: Qardaşlarımızın bizə ehtiyacı var, fitnə planlarına qarşı ayıq olmalıyıq

Azərbaycan.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzələdən zərərçəkənlər üçün mənzillərin təqdim olunması mərasimində çıxış edib.

 Ərdoğan bildirib ki, Suriya, Fələstin, İraq başda olmaqla, Türkiyənin könül və mədəniyyət coğrafiyasına daxil olan bütün qardaş xalqların dəstəyə ehtiyacı var.

Türkiyə Prezidenti bölgədə baş verən proseslərə diqqət çəkərək deyib ki, hansı qüvvələrin hansı oyunları qurduğu, kimlərin kimlərlə əməkdaşlıq etdiyi açıq şəkildə görünür. Onun sözlərinə görə, müsəlman qanı ilə bəslənən və xalqları bir-birinə qarşı qoymaq istəyən qüvvələr fəallıqlarını artırıblar.

Ərdoğan vurğulayıb ki, etnik mənsubiyyət, məzhəb və inanc üzərindən cəmiyyəti bölməyə çalışanların kim olduğu hər kəsə bəllidir və Türkiyə bu cür fitnə planlarına qarşı son dərəcə ayıq olmalıdır. O qeyd edib ki, “qan və xaos tacirləri”nin qurduğu tələlərə düşməmək üçün birlik və həmrəylik mühüm əhəmiyyət daşıyır.

Çıxışında təhlükəsizlik məsələlərinə də toxunan Türkiyə Prezidenti ölkədə terrorun qaranlıq kölgəsinin tamamilə aradan qaldırılacağını bəyan edib.