🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hakimlərə güzəştli ipoteka imkanı yaradılıb

Azərbaycan.media xəbər verir ki, İlham Əliyev 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edib.
Məlumata görə, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Dəyişikliyə əsasən, bundan sonra ən azı 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka kreditindən istifadə etmək hüququ əldə edəcəklər.
Qeyd edək ki, dəyişikliklər İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə verilən kredit mexanizmini əhatə edir.