🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Smartfonlar üçün virusları məhv edən yeni texnologiya hazırlanıb

Azərbaycan.media xəbər verir ki, Avstraliyada alimlər səthlə təmas zamanı virusları məhv edə bilən innovativ nazik plastik plyonka hazırlayıblar.
Avstraliya tədqiqatçılarının hazırladığı yeni texnologiya smartfon ekranları, klaviaturalar, qapı tutacaqları və tibbi avadanlıqlar kimi səthlərdə infeksiyaların yayılma riskini azaltmağı hədəfləyir.
Məlumata görə, bu plyonka mikroskopik nanodayaqlar əsasında işləyir. Ənənəvi kimyəvi örtüklərdən fərqli olaraq, burada viruslar mexaniki şəkildə — yəni fiziki təsir nəticəsində zədələnərək məhv edilir.
Laborator sınaqlarda paraqrip virusu üzərində aparılan testlər zamanı hissəciklərin təxminən 94 faizi qısa müddətdə təsirsiz hala salınıb. Tədqiqatçılar bildirirlər ki, ən effektiv nəticə nanodayaqların müəyyən sıxlıqda yerləşdirilməsi ilə əldə olunub.
Alimlərin sözlərinə görə, texnologiyanın əsas üstünlüklərindən biri onun ucuz materiallardan hazırlanması və sənaye miqyasında istehsal imkanıdır. Gələcək mərhələdə isə daha dayanıqlı viruslara qarşı effektivliyi yoxlanılacaq.