🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabahın havası açıq olacaq: bəzi ərazilərdə çiskin və duman gözlənilir

Azərbaycan.media xəbər verir ki, aprelin 22-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə və səhər saatlarında bəzi yerlərdə duman və çiskin ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə 9-11° isti, gündüz 15-20° isti təşkil edəcək. Atmosfer təzyiqinin 760 mm civə sütunundan 757 mm civə sütununa enəcəyi, nisbi rütubətin isə gecə 75-80 %, gündüz 60-65 % olacağı gözlənilir.
Regionlarda da əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gecə və səhər bəzi ərazilərdə arabir yağıntı və duman ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda temperatur gecə 7-10° isti, gündüz 17-22° isti, dağlıq ərazilərdə isə gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaq.