🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sahibə Qafarova İrlandiya parlament nümayəndə heyəti ilə görüşüb

Azərbaycan.media xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupu nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə nümayəndə heyətinə qrupun rəhbəri Tony McCormack başçılıq edib. Tərəflər parlamentlərarası əlaqələrin inkişafı, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət məsələlərini müzakirə ediblər.
Sahibə Qafarova görüş zamanı Azərbaycan parlamentinin beynəlxalq platformalarda fəal iştirak etdiyini və ölkənin mövqeyini müxtəlif tədbirlərdə təqdim etdiyini bildirib.
Tony McCormack isə parlamentlər arasında əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edib və bu cür səfərlərin əməkdaşlığa töhfə verdiyini vurğulayıb.
Görüşdə həmçinin Azərbaycan–Ermənistan sülh prosesi və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.