Azərbaycan.media xəbər verir ki, Urmiya gölündə suyun həcmi 2 milyard 890 milyon kubmetrə çatıb və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur.
Məlumata görə, bunu Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin sədri Məcid Rəstqari bildirib.
Onun sözlərinə görə, son həftələrdə bölgədə müşahidə olunan yağıntılar, gölə axan çaylarda suyun artması və bəndlərdən əlavə suyun buraxılması gölün vəziyyətinin yaxşılaşmasında əsas rol oynayıb.
Rəstqari qeyd edib ki, göldə müşahidə olunan canlanma əsasən mövsümi yağışlarla bağlıdır və bu proses hələ tam bərpa deyil, bərpa mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir.
