Azərbaycan.media xəbər verir ki, bu gün TƏBİB tərəfindən Bakı metrosunda baş verən hadisə ilə bağlı çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub.
Qurumdan verilən məlumata görə, tibbi müdaxilə nəticəsində 2 nəfər – 25 həftəlik hamilə qadın və sağ çiyin travması diaqnozu qoyulan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Bundan əlavə, 9 nəfərə arterial hipertenziya və stress reaksiyası səbəbilə hadisə yerində tibbi yardım göstərilib.
Qeyd edək ki, hadisə Bakı Metropoliteninin “Ulduz”–“Nərimanov” mənzilində baş verib. İlkin məlumata əsasən, aralıq kabelində yaranan qısaqapanma nəticəsində təmas şəbəkəsinə elektrik enerjisinin verilməsində kəsinti yaranıb. Bu səbəbdən qeyd olunan istiqamətdə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
