Azərbaycan.media xəbər verir ki, paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı, Əmircan və Bülbülə qəsəbələrini metronun “Koroğlu” və “Ulduz” stansiyaları ilə əlaqələndirən 184 nömrəli marşrut üzrə istismar olunan avtobuslar yenilənir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) açıqlama verib. Bildirilib ki, dekabrın 28-dən etibarən sərnişinlərin istifadəsinə veriləcək 12 ədəd böyüktutumlu “Yutong” markalı avtobus müasir və ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Qeyd olunub ki, avtobuslarda ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək. Marşrut üzrə gediş haqqı 0,60 AZN müəyyən edilib.
Oxundu: 4
