Azərbaycan.media xəbər verir ki, Biləsuvar rayonunda 51 yaşlı qadının iş yerində ölümü qeydə alınıb.
Hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda baş verib. Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümüdvar qızı Məmmədova işlədiyi gözəllik salonunda dünyasını dəyişib.
İlkin ehtimala əsasən, qadının ölümünə ürəktutma səbəb olub. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
