Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar–noyabr aylarında Azərbaycanda 199 min ton polad boru istehsal edilib.
Dövlət Statistika Komitəsinə istinadən yaydığı məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Bildirilib ki, dekabrın 1-nə olan vəziyyətə əsasən, ölkədə 3,8 min ton hazır polad boru ehtiyatı mövcud olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 109,8 min ton polad boru istehsal edilib. Bu isə 2023-cü illə müqayisədə 62,3 faiz azalma deməkdir.
Oxundu: 5
