Azərbaycan.media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda avtomobilin qaz xəttinə çırpılması nəticəsində 450 abonentin qaz təchizatında problem yaranıb.
Yerli bürosunun məlumatına görə, hadisə rayonun Biçənək kəndində baş verib. Minik avtomobili ərazidən keçən D-119-luq qaz xəttini zədələyib.
Təhlükəsizlik məqsədilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı müvəqqəti dayandırılıb. Qazın verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.
