🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Astarada iş yerində bədbəxt hadisə: kişi ölüb

Azərbaycan.media xəbər verir ki, Astarada bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

Şəhər ərazisində fəhlə işləyən 1974-cü il təvəllüdlü Möhübbət Mirzəhəsən oğlu Gülhəsənovun iş zamanı halı pisləşib. Ətrafdakıların köməyi ilə o, Astara rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin həyatını xilas etmək mümkün olmayıb.

Meyit daxili və xarici müayinələr üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Ölümün dəqiq səbəbləri ekspertizanın rəyi məlum olduqdan sonra açıqlanacaq.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.