🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Abbasqulu ağa Bakıxanov küçəsində hərəkət zolaqları artırılıb, trafik axını yaxşılaşıb

Azərbaycan.media xəbər verir ki, paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat vasitələrinin hərəkətinin axıcılığını təmin etmək məqsədilə yeni layihə icra olunub.

Küçədə hərəkət zolaqlarının nişanlanması işləri yekunlaşıb.

Dəyişiklik nəticəsində Abbasqulu ağa Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində yaranan darboğaz effekti aradan qaldırılıb və hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb.