🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakının əsas prospekt və küçələrində nəqliyyatın hərəkəti çətinləşib

Azərbaycan.media xəbər verir ki, paytaxt Bakının bir sıra əsas yol və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Məlumata görə, hazırda sıxlıq aşağıdakı ərazilərdə qeydə alınıb:

  1. Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;

  2. Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində;

  3. Bakı–Sumqayıt şosesi – “Xırdalan” dairəsi istiqamətində;

  4. Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;

  5. Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

  6. Ziya Bünyadov prospekti – Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

  7. Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;

  8. Tbilisi prospekti – İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

  9. Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

  10. Neftçilər prospekti – Yusif Səfərov küçəsi istiqamətində;

  11. Mikayıl Useynov prospekti – Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

  12. Bakıxanov küçəsi – İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

  13. 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

  14. Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində;

  15. Heydər Əliyev prospekti – köməkçi yol, mərkəz istiqamətində;

  16. 28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

  17. Dilarə Əliyeva küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

  18. Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;

  19. Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi istiqamətində;

  20. Şəmsi Bədəlbəyli küçəsi – “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

  21. Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

  22. Kənar Dairəvi yol – Yeni Yasamal istiqamətində.

Sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət edərkən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.